Ata-anasını öldürən şəxsdən xəbər var


10:02     18 Oktyabr 2018 hebs_58.jpg

Gədəbəy rayonunda ata və anasını öldürməkdə təqsirləndirilən Şöhrət Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



Femida.az report-a istinadən xəbər verir ki, Gədəbəy Rayon Prokurorluğunda araşdırılan ibtidai istintaq yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin sentyabr ayının 21-də Gədəbəy rayonunun Qurudərə kəndində baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 430


Oxşar xəbərlər