Naxçıvanda 35 milyona yaxın kredit borcu qaytarılıb
10:14 18 Oktyabr 2018
Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən bu ilin 9 ayında 39 milyon 431 min manat kredit verilib ki, bunun da 4 milyon 229 min manatı qısamüddətli, 35 milyon 202 min manatı isə uzunmüddətli kreditdir.
Femida.az xəbər verir ki, yanvar-sentyabr aylarında banklara 34 milyon 548 min manat kredit borcu, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu vəsaitlərindən isə 2 milyon 961 min manat vaxtı keçmiş kredit borcları qaytarılıb.
Ötən dövrdə bankların kassa mədaxili 373 milyon 852 min manat, kassa məxarici isə 526 milyon 805 min manat olub. Həmçinin bu dövrdə Mərkəzi Bankın ehtiyat fondundan 239 milyon 212 min manat nağd pul dövriyyəyə buraxılıb.
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlim keçirib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb