Ötən günün cinayət STATİSTİKASI: 26 nəfər saxlanılıb

Ötən günün cinayət STATİSTİKASI: 26 nəfər saxlanılıb


10:45     18 Oktyabr 2018 polisd[ydw20150719.jpg

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 18-də gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 107