Küçənin ortasında gənc qız zorlandı - Hadisə anı kameraya düşdü


10:59     18 Oktyabr 2018 2018/10/6209848_5_1539846022.jpg

Türkiyənin istanbul şəhərində küçənin ortasında qızı zorlayan şəxs kameralara tuş gəlib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Beykozda baş verib. Küçədə saxlanılan avtomobillərin arxasında gizlənən şəxs gözlənilmədən küçə ilə keçən qıza hücum edib və onu zorlayıb. Hadisə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:




Bəs zorlama Azərbaycan Respublikasının qanunvericiliyi ilə hansı məsuliyyətə səbəb ola bilər?


Femida.az Cinayət Məcəlləsinə istinadən xəbər verir ki,zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər:

149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;

149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə;

149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;

149.2.5. təkrar törədildikdə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

149.3. Eyni əməllər:

149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;

149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;

149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə—

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Miri Məcidli
Femida.az

Açar sözlər: #zorlama   #intim   #Video   #hüquq   #femida  

Oxunub: 14723