7 mənzildən 20 min manatlıq oğurluq edib


11:19     18 Oktyabr 2018 qizil5.jpg

Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.


DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib.

Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib. Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib. Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 274