Şeyx Vyanaya niyə gedir?
11:50 18 Oktyabr 2018
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 18-20 oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
QMİ-dən Femida.az-a verilən məlumata görə, səfərdə məqsəd oktyabr ayının 19-da Vyanada keçiriləcək KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 19-cu sessiyasında iştirak etməkdir.
Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı, o cümlədən, insani resurslar barədə təqdimat, KAİCİİD idarəetmə strategiyası ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulub. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi qlobal əhəmiyyətli məsələlər daxildir.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir.
Qərargahı Vyana şəhərində yerləşir.
Femida.az
Oxunub: 466
Oxşar xəbərlər
- Şeyx Ərdəbil məscidinin imamı Amuliyə cavab verdi
- Şeyx yeni dini liderlər şurasının yaradılması təşəbbüsü ilə çıxış edib
- Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"
- Şeyxülislamdan Ramazan təbriki
- Şeyx Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib
- Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib
- Şeyx və dini icma rəhbərlərindən ilə birgə MÜRACİƏT
- Şeyxülislam ABŞ səfiri ilə görüşüb
- Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir
- Şeyx qan verdi