QHT-lərdə şəffaflığın artırılması üçün təlim keçirilib


12:43     18 Oktyabr 2018 2018/10/azaka-3079704164_3079704580.jpg

“Antikorrupsiya Araşdırmalar Mərkəzi” İctimai Birliyi və Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlığın artırılması üçün onların bilik və bacarıqlarının inikişafı məqsədilə təlimlərin keşirilməsi” – layihəsi çərçivəsində təlimlər yekunlaşıb.



Təlim iştirakçıları 15 gün ərzində interaktiv formatda peşəkar təlimçilər təfindən keçirilən təlmlərdə iştirak ediblər. İştirakçılar vətəndaş cəmiyyətində dövlətin rolu, vətəndaş cəmiyyətinin inkişafında şəffaflığın rolu, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə dair yeni yanaşmalar barədə geniş fikir müzakirəsində iştirak ediblər, nəzəri və təcrübi biliklər qazanıblar.

Vətəndaş cəmiyyətinin inkişafında layihələrin hazırlanması, monitorinqi, qiymətləndirmə metodları, elektron hökumətin və rəqəmsal həllərin cəmiyyətin inkişafındakı rolu ilə bağlı praktik təlimlərdə iştirakçılar əldə olunan bilikləri tətbiq etmə qabiliyyətinə də yiyələniblər, verilən qrup işləri uğurla təqdim olunub.

Təlim prosesində iştirakçılar vətəndaş cəmiyyətinin prinsipləri, struktur elementləri və QHT-lərin bu cəmiyyətdə roluna dair fikir müzakirələrində fəal iştirak ediblər. Maraqlı qrup işləri, təqdimatlar, çıxışlar olub.

Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.



Femida.az

Açar sözlər:

Oxunub: 519


Oxşar xəbərlər