İDDİA: Tez-tez ayaqyoluna gedən uşağı sinifdə saxladılar - VİDEO
12:41 18 Oktyabr 2018
Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində qeyri-adi araşdırma tamaşaçılara təqdim edilib.
Femida.az xəbər verir ki, Hövsanda yerləşən 281 saylı orta məktəbin 6 ci sinif şagirdi yeni mövsümdə təhsil almaq üçün məktəbə gedən Qabil sürprizlə qarşılaşıb. Ona “Sən 7-ci sinifə deyil, elə 6-ci sinifdə təhsil alacaqsan. Yəni, sinifdə qalmısan” deyiblər. Bu sözlərdən təsirlənən Qabil valideynlərinə hadisə barəsində xəbər verib. Məktəbə gələn valideyn şoka düşüb.
Xanımın sözlərinə görə ona “sənin övladın ikinci rübdə dərs oxumadığı üçün 4 fəndən 2 qiyməti alıb. Həm də nadinc uşaqdır. Tez-tez ayaqyoluna gedir” açıqlamasını veriblər.
Yay imtahınına belə göndərilməyən Qabil indi haqqını tələb edir. Olduqca maraqlı araşdırmanı sizə təqdim edirik.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədovun Amil Xəlilə verdiyi açıqlamalar isə ortalığı bir az da qarşıdırıb. Teleaparıcı da gizlənən məktəb direktorlarını sərt tənqid edib:
“Bu cür çəkilişlərdə gizlənirsiniz. Amma bir tədbir olanda özünüz zəng edib çəkiliş üçün xahiş edirsiniz. Qalstuklarınızı belə kamera önündə düzəldirsiniz. Çünki montajına kimi əliniz çatır. Bəs indi niyə yoxa çıxırsınız?”
Oxunub: 1458
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb