Artur Rasizadənin müşavirinin kürəkəni güllələndi - FOTO +VİDEO
13:04 18 Oktyabr 2018
İstanbulun Beykoz səmtində iş adamı Mustafa Erkin Karamana silahlı hücum olub.
Femida.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ötən axşam saat 20:00 radələrində iş adamı avtomobilində olduğu zaman baş verib.
Hələlik kimliyi məlum olmayan şəxs və ya şəxslər avtomobilə 5 dəfə atəş açaraq hadisə yerindən qaçıblar. İş adamı iki güllə yarası alıb. Beykoz Dövlət Xəstəxanasına yerləşdirilən Karaman daha sonra özəl xəstəxanalardan birinə yerləşdirilib.
Cinayətkarların tapılması üçün araşdırma başladılıb.
Qeyd edək ki, Mustafa Erkin Karaman Azərbaycanın keçmiş baş naziri Artur Rasizadənin sabiq müşaviri Musa Məmmədovun kürəkənidir. O, 2012-ci ildə Günel Məmmədova ilə Çırağan sarayında evlənmişdi.
Oxunub: 2264
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Bakıda 2 il əvvəl törədilmiş qətlin üstü açılıb
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə qardaş bacısını qətlə yetirib