22 dərəcə isti olacaq - Sabahın havası
12:56 18 Oktyabr 2018
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Femida.az
Oxunub: 349
Oxşar xəbərlər
- 22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTO
- 2218 nəfər toylara buraxılmadı
- 2237 yeni yoluxma - 29 nəfər öldü
- 22 cinayətin üstü “isti izlər”lə açılıb
- 22 şəhidi, 28 yaralını mühasirədən çıxardı, 10 ermənini snayperlə öldürdü - REPORTAJ
- 2288 cinayət "isti izlər"lə açılıb
- 2284 yeni yoluxma - 4392 nəfər sağaldı
- 22 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib
- 2266 tələbə universitetini dəyişəcək - TƏSDİQLƏNDİ
- 22 yaşlı güləşçi güllələnərək qətlə yetirilib