Bu il əcnəbilərə neçə uşaq övladlığa verilib?


13:23     18 Oktyabr 2018 2018/10/ovladliga-usaqq_1539854733.jpg

2018-ci ilin I yarısında Azərbaycanda 9 uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülb.


Femida.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, övladlığa verilən uşaqlardan 1-i qız, 8-i oğlandır.

Həmçinin, əcnəbilər və ya vətəndaşlığı olmayanlara verilən uşaqlardan 1-i 1 yaşa qədər (oğlan), 2-si 1-5 yaşda olanlar (oğlan), 1-i 6-10 yaşlarında (oğlan), 5-i 11-17 ( 1qız, 4 oğlan) yaşlarında olub.

Xatırladaq ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 28 uşaq övladlığa götürülüb ki, onların da 12-si qız, 14-ü oğlandır.


Femida.az

Açar sözlər:

Oxunub: 375