Turizm Agentliyi hökumətə təkliflər təqdim edəcək


13:39     18 Oktyabr 2018 nazirler%20kabinettiii.jpg

"Dövlət Turizm Agentliyinin tabeliyinə verilən 7 qoruq özünü maliyyələşdirməsi, dövlət büdcəsindən asılılığı azaltması ilə yanaşı, turizm xidmətləri təşkil etməlidir"


Femida.az xəbər verir ki, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.

O bildirib ki, qoruqlar öz ərazisi çərçivəsində sosial məsələlərə həssas olmalıdırlar. "Təbii ki, biz bu işləri tək görməyəcəyik. Mərkəzi icra hakimiyyəti orqanlarından tutmuş, yerli icra hakimiyyəti, turizm sənayesinin nümayəndələri ilə birlikdə görəcəyik".

M.Muradovun sözlərinə görə, hotel və restoranlar turistlərə göstərdikləri xidmətin məsuliyyətini daşımalıdırlar. Keyfiyyətli turizm xidmətinin göstərilməsi üçün DTA tərəfindən turizm sənayesinin üzvlərinə lazımi dəstək veriləcək.

Agentlik rəsmisi qeyd edib ki, turistlərin yerləşdirilməsi üçün hotel, hostellər və Bakı kəndlərində standartlara cavab verən kənd evləri olmalıdır.

Onun sözlərinə görə, DTA bu istiqamətdə bütün ölkədə hotel, hostel və digər yerləşdirilmə obyektlərinin tikilməsinin təşviq edilməsi üçün mexanizm üzərində işləyir. Bununla bağlı təkliflər yaxın zamanlarda DTA tərəfindən hökumətə təqdim ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 448