Krımdakı terrorda ölənlərin sayı 21 nəfərə çatıb


13:42     18 Oktyabr 2018 2018/10/krim-teror_1539856256.jpg

Krımın şərqində yerləşən Kerç şəhərindəki politexnik kollecində baş verən partlayış və gülləbaran nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb.



Femida.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 18-də yaralılardan biri xəstəxanada ölüb. Hadisə zamanı yaralanan 50 nəfər xəstəxanalarda müalicə olunur. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, oktyabrın 17-də günorta saatlarında Krımın şərqində yerləşən Kerç şəhərindəki politexnik kollecində tələbələrdən biri müəssisənin yeməkxanasında partlayış törədib və ətrafdakı insanları atəşə tutub. Rusiya İstintaq Komitəsi əvvəlcə terror aktı maddəsi üzrə cinayət işi açıb. İlkin məlumata görə, təhsil müəssisəsinin yeməkxanasında içərisinə metal hissəciklər doldurulmuş partlayıcı qurğu işə düşüb. Sonradan məlum olub ki, ölənlərin bir çoxu odlu silahdan açılan atəş nəticəsində aldıqları yaralardan həyatını itirib. Bundan sonra cinayət işinin təsnifatı "terror” maddəsindən "qətl” maddəsinə dəyişdirilib.

Krımda faciə ilə bağlı üçgünlük matəm elan olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 3200


Oxşar xəbərlər