“Lotu Quli” azadlığa buraxıldı
14:38 18 Oktyabr 2018
Türkiyədəki qaynaqlardan əldə edilən məlumata görə “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb.
Femida.az virtualaz-a istinadəən xəbər verir ki, o, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi.
N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.
Məlumata görə məhkəmə “Lotu Quli”nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə “Lotu Quli” bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.
Femida.az
Oxunub: 746
Oxşar xəbərlər
- “Lotu Quli” İstanbulda dəfn ediləcək
- “Lotu Quli”ni öldürmək istəyənlər saxlanılıb - YENİLƏNDİ
- “Lotu Quli” “qanuni oğru” titulundan məhrum edilə bilər
- “Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi
- “Lotu Quli”nin adamları belə saxlanıldı - VİDEO
- “Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı - Əməliyyatın Videosu
- “Lotu Quli”nin yaxın adamı saxlanıldı
- “Lotu Quli” həbs olunması xəbərini yalanladı
- “Lotu Quli”nin adamları Ukraynada güllələndi
- “Lotu Quli” Türkiyəni tərk edib