“Lotu Quli” azadlığa buraxıldı

“Lotu Quli” azadlığa buraxıldı


14:38     18 Oktyabr 2018 18_10_18_1539859359.jpg

Türkiyədəki qaynaqlardan əldə edilən məlumata görə “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb.

Femida.az virtualaz-a istinadəən xəbər verir ki, o, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi.

N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.

Məlumata görə məhkəmə “Lotu Quli”nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə “Lotu Quli” bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 232