Sürüşmə fərdi tikililərə doğru irəliləyir


15:24     18 Oktyabr 2018 surusme_zonasi_00111.jpg


Badamdarda sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a verilən məlumata görə, sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.
Bunun nəticəsində sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 520