Türkiyədə 3 gün matəm elan olundu


02:49     11 Oktyabr 2015 9e47264eb93df225bbd7493cd901761a.jpg

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror hadisəsinin çoxsaylı insan təlafatı ilə nəticələnməsi ilə bağlı ümummilli yas elan edilib.


Femida.az-ın xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuat konfransında bəyan edib.

Ə. Davudoğlu deyib ki, ölkədə 3 günlük ümummilli yas elan edilib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi nəticəsində 86 nəfər dünyasını dəyişib, 186 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 851