Çobanın öldürüb kanala atdığı şəxsin meyiti tapıldı

Çobanın öldürüb kanala atdığı şəxsin meyiti tapıldı


15:51     18 Oktyabr 2018 meyit%20yeni.jpg

Sabirabadda su kanalından meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Xəlfəli kəndində 1988-ci il təvəllüdlü Gülbalayev Natiq Mikayıl oğlunun meyitinin tapılaraq su kanalından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri N. Gülbalayevin meyitini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Qeyd edək ki, Oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonunun Orta Muğan kəndində çoban işləyən İmişli rayon sakini Aqşin Astanovu ov tüfəngi ilə Goranboy rayon sakini Sərxan Mirzəyevi yaralayıb. Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə A.Astanov İmişli rayonunun ərazisində saxlanılıb.
İstintaq-əməliyyat tədbirləri ilə A.Astanovun həmin gün axşam törətdiyi daha bir ağır cinayətin üstü açılıb.

Belə ki, bu şəxsin Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib..

Femida.az

Açar sözlər:

Oxunub: 254