Maşın oğurlayan şəxs tutulub


19:33     18 Oktyabr 2018 2018/10/44234-1539852852_1539865417.jpg

Oktyabrın 14-də Bərdə rayon sakini Fərahim Əliyev RPŞ-yə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avromobilin qaçırılması barədə məlumat verib.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində maşını qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkumluğu olan Andrey Xəlilov saxlanılaraq şöbəyə gətirilib. A. Xəlilovun üzərinə baxış keçirilən zaman onun cibindən çəkisi 5.04 qram narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. Qaçırılmış avtomobil və tiryək maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 389