Qarabağa gedən turistlərin qarşısı necə alınır? - Agentlik rəsmisindən AÇIQLAMA
17:25 18 Oktyabr 2018
“Ümumdünya Turizm Təşkilatının qərarı var. Bu qərara görə işğal altında olan əraziləri turistik destinasiya kimi təbliğ etmək qadağandır. Qərar elə vaxtilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif edilmişdi və təşkilat da bunu qəbul etmişdi. Odur ki, beynəlxalq tədbirlərdə bu qərarı əsas tutaraq, ermənilər tərəfindən atılan addımlara zidd çıxırıq. Bu bizim birinci mübarizə üsulumuzdur”.
Bu sözləri Femida.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Cəmilə Talıbzadə deyib. O bildirib ki, ermənilərin böyük turizm potensialına malik olan Dağlıq Qarabağı öz əraziləri kimi göstərmək cəhdlərinin qarşısı müxtəlif üsullarla alınır:
“İkinci üsul sərgilər və ya digər təqdimatlar zamanı olur. Belə ki, ermənilər Dağlıq Qarabağı öz ərazilər kimi təqdim edən stendlər, şəkillər və s. yerləşdirmək istəyirlər. Biz də belə sərgilərin keçiriləcəyi ölkələrdəki səfirliklərlə aktiv şəkildə iş birliyi aparırıq. Ermənilərin yalançı təbliğatına qarşı çıxır, dərhal təşkilatçıları bu barədə xəbərdar edirik.
Üçüncü üsul isə məlumatlandırma üsuludur. Çalışırıq, hər yerdə informasiya yayaq ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlər Azərbaycanın “qara siyahı”sına salınacaqlar və onlar gələcəkdə Azərbaycana gələ bilməyəcək. Çünki ora Azərbaycanən ərazisidir və Azərbaycan dövləti onlara viza verməyibsə, onlar bura necə səfər edə bilər?! Bunu öyrənən turistlər əksər hallarda işğal altındakı Azərbaycan torpaqlarına getməkdən imtina edirlər.
Məsələn, bu yaxınlarda bir vətəndaş müraciət etdi ki, “airbnb” portalında ermənilər Dağlıq Qarabağda evlər kirayə verir və oranı öz ərazisi kimi təqdim edir. Biz də dərhal ABŞ səfirliyinə müraciət etdik. Çünki portal ABŞ-a məxsus idi. Səfirlik isə müvafiq addımları atdı”.
“Onu da bildirim ki, Dağlıq Qarabağa səfər edən turistlərin sayı heç də ermənilərin şişirtdiyi qədər çox deyil. Sırf turizm məqsədi ilə gedənlərin sayı çox-çox aşağı səviyyədədir”, - deyə C.Talıbzadə qeyd edib.
Amin Nəzərli
Femida.az
Oxunub: 2752
Oxşar xəbərlər
- DTA əməkdaşları “Yaşıl Marafon” kampaniyasına qoşulub
- Qubadlının turizm potensialı - FOTOLAR
- AQTA və DTA ictimai iaşə obyektlərində nöqsanlar aşkarladı
- Dövlət Agentliyi Lənkəranda Destinasiya Menecmenti Təşkilatını təqdim etdi
- "Bakıda bir sıra hotellər karantin üçün istifadə olunur" - DTA sədri
- DTA vətəndaşlara xəbərdarlıq etdi
- Azərbaycanda hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb
- DTA sədrindən turizm ictimaiyyətinə MÜRACİƏT
- Sürətlə böyüyən Azərbaycan turizmi: Böyük potensial və istifadə imkanları
- Bu il Qərb ölkələrindən Azərbaycana nə qədər tuist gəlib? - Rəsmi STATİSTİKA