Cocuq Mərcanlıda daha 40 ailə özünəməşğulluq proqramına cəlb ediləcək


16:49     18 Oktyabr 2018 2018/10/24723587-3e7e-410e-97a3-1684a79f9ced_1539867057.jpg


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində özünəməşğulluq proqramına cəlb edilən şəxslərlə görüş keçirib.

S.Babayev özünəməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatları yaratmış sakinlərlə görüşüb.

Görüşdən əvvəl nazir S.Babayev və Cəbrayil Rayon İcra Hakimiyyətinin başçısı Kamal Abdullayev qəsəbədə "Aprel şəhidlərinə xatirə" abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Nazir bildirib ki, qəsəbədə əhalinin məşğulluğunun təmin olunması işləri aparılır: "Sakinlərin bir çoxu burada yaradılan müəssisələrdə işlə təmin olunub. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində, verilmiş pay torpaqlarında çalışmaları üçün lazımi dəstək göstərilib. Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünəməşğulluq proqramının Cocuq Mərcanlı əhalisini də əhatə etməsi üçün müvafiq işlər aparılıb. Qəsəbə sakinlərindən potensialları olan 25 nəfər seçilərək özünəməşğulluq proqramına cəlb edilib. Proqram çərçivəsində onlardan 23 nəfərinə heyvandarlıq üzrə kiçik ailə təsərrüfatları yaratmaq üçün mal-qara verilib. Daha iki nəfər isə istehsalat yönümlü ailə təsərrüfatlarını qurması üçün yaxın vaxtlarda zəruri avadanlıqla təminatı həyata keçiriləcək. Qarşıdakı dövürdə bu qəsəbədə daha 40 ailə özünəməşğulluq proqramına cəlb ediləcək". (report)

Femida.az

Açar sözlər:

Oxunub: 588