Xərçəng xəstəsini öz övladı kimi təqdim etdi - İnsanlardan pul yığdı


16:57     18 Oktyabr 2018 Pul-manat.jpg

Bərdə rayon sakini Xəyyam Rzayev rayon polis şöbəsinə müraciət edərək Ruslan adlı şəxsin sosial şəbəkələrdə hesab açaraq onun xərçəng xəstəliyindən əziyyət çəkən oğlunu öz övladı kimi təqdim etdiyini və oğlunun şəkillərini paylaşdığını bildirib.

Femida.az-ın Report-a istinadə xəbərinə görə, şikayətçi qeyd edib ki, Ruslan sosial şəbəkə istifadəçilərindən onun oğlunun şəkilləri vasitəsilə “Kapital bank”da açdığı hesaba pul köçürmələrini xahiş edib. Daha sonra X.Rzayev oğlunun müalicəsi üçün yığılan pulları tələb etdikdə, Ruslan vəsaiti verməkdən boyun qaçırıb.

Polis faktla bağlı araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 861