Bakıda atasını baltalayan qadının məhkəməsi başladı

Bakıda atasını baltalayan qadının məhkəməsi başladı


18:49     18 Oktyabr 2018 1398947325_mehkeme.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən A.Həbibiova bildirib ki, hadisəni özünümüdafiə məqsədilə edib: "Atam məni boğurdu. Mən də özümü müdafiə etmək istəyirdim. Buna görə də atamı vurdum".

Daha sonra ifadə verən zərərçəkmiş C.Salxakin qızını bağışladığını və ondan şikayətçi olmadığını deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, 2017-ci il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsindəki evlərdən birində yaşayan A.Həbibova ailə münaqişəsi zəminində atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakini baş nayihəsindən balta ilə vurub.

C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb.

A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 202