Tramp Meksikanı sərhədi bağlayacağı ilə hədələdi


18:30     18 Oktyabr 2018 18_10_18_1539868358.jpg

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədi bağlayacağını bəyan edib.

Femida.az xəbər verir ki, bu barədə amerikalı lider tvitter hesabında yazıb. Onun sözlərinə görə, əgər ştatlara Mərkəzi Amerikanın Qvatemala, Honduras, Salvador kimi ölkələrindən miqrant axını azalmasa, ABŞ cənub sərhədini bağlayacaq:

“Liderlər (həmin ölkələrin-red.) Meksikadan ABŞ-a nüfuz edən böyük insan, o cümlədən cinayətkar axınını dayandırmaq üçün demək olar ki, heç nə etmirlər. Mən bu təzyiqi dayandırmağı Meksikadan ən ciddi şəkildə xahiş edəcəm. Əgər onlar bunu edə bilməsələr, o zaman mən ABŞ Silahlı Qüvvələrinə müraciət etməli və cənub sərhədimizi bağlamalı olacam”.

Amerikalı lider həmçinin bəyan edib ki, öz əhalisinə nəzarət etməyən bu üç ölkəyə yardımı dayandırmaq niyyətindədir.

Açar sözlər:

Oxunub: 317