Bakının ən təhlükəli yerləri hansılardır - SİYAHI


18:36     18 Oktyabr 2018 18_10_18_1539869761.jpg


Bakının doqquz ərazisində hazırda sürüşmə riski var.

Femida.az oxu.az-a istinadla xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (AMEA) aparıcı elmi işçisi Starə TarixAzər deyib.

“Ölkə ərazisində yaz və payızda yağan yağışların çox olması səbəbi ilə sürüşmələr aktivləşir. Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolunda sürüşmə aktivdir və fəallaşma davam edir” – deyə o bildirib.

Starə TarixAzər qeyd edib ki, hazırda Zığ yolunda yerləşən 100-dən çox bina aktiv zonada yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 674