“MTN işi”nə görə tutulanlardan ikisi azadlığa çıxdı

“MTN işi”nə görə tutulanlardan ikisi azadlığa çıxdı


17:55     18 Oktyabr 2018 hebs89.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyevin, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb.



“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə məlum olub ki, Anar Şirəliyevin cəza müddəti bu gün, Eşqin Əliyevin cəza müddəti isə dünən başa çatıb. E.Əliyev azadlığa buraxılıb, A.Şirəliyevin isə bu gün cəzaçəkmə müəssisəsindən sərbəst buraxılacağı gözlənilir.

S.Qurbanovun vəkili Adil İsmayılovun məhkəmənin qismən istintaqla aparılması barədə vəsatəti təmin edilməyib. Həmçinin Rabita Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun da məhkəmədə dindirilməsi istənilib, bu da rədd edilib.

Proses oktyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, akı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, polkovnik Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

General Natəvan Mirvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza verilib. İstintaq zamanı azadlıqda olan qadın general sərbəst qalıb.

Fərhad Atayev və Elşad Əzizova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və onlar istintaq zamanı həbsdə olduqları üçün məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib

Açar sözlər:

Oxunub: 198