Abşeronda maşın 7 yaşlı uşağı vurub


21:33     18 Oktyabr 2018 piyada1.jpg

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.
Hadisə Xırdalan qəsəbəsində baş verib. Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu "Carlsberg-Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.

Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb. Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. (Trend)

Açar sözlər:

Oxunub: 367