“Şam bağı”nda qadının cibindən 420 manat oğurlandı


21:44     18 Oktyabr 2018 18_10_18_1539882353.jpg

Göyçay rayonunda qadın kafedə qarət edilib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Potu kəndi ərazisindəki “Şam bağı” kafesində baş verib.

Kənd sakini, Abdullayev Fuad Fərhad oğlu həmin kafedə rayon sakini, Cəbrayılova Şəhla Səlm qızının şalvarının cibindən 420 manatını götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı qadın Göyçay rayon Polis Şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən F.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 414