Sürüşmə sahəsində aktivlik davam edir


22:12     18 Oktyabr 2018 trend_surusme_bayil.jpg

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında aktivlik dinamikası dəyişməz olaraq qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib.

Qeyd olunur ki, indiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 437