Əhalinin gəlirləri 9,5 faiz artıb
09:17 19 Oktyabr 2018
Bu ilin doqquz ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 39690,3 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4046,7 manat təşkil edib və 8,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 83,4 faizi son istehlak xərclərinə, 8,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,4 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36465,7 milyon manatlıq vəsait qalıb.
Oxunub: 341
Oxşar xəbərlər
- Əhalinin sosial təminatına 3, 5 milyard ayrılıb
- Əhalinin banklardakı əmanətləri artıb
- Əhalinin üçdə iki hissəsi peyvənd olunarsa, epidemik zəncir qırıla bilər - Təyyar Eyvazov
- Əhalinin hər 100 min nəfərinə 5 intihar faktı düşür - RƏSMİ
- Əhalinin gəlirləri azalıb
- Əhalinin banklarda 7,7 milyard manat pulu var
- Əhalinin gəlirləri artıb - RƏSMİ
- Əhalinin siyahıya alınmasına 20 milyona yaxın vəsait xərclənib
- Əhalinin banklara etibarı azalıb
- Əhalinin siyahıyalınması zamanı ailələrin sayı da müəyyən ediləcək