Zəhərlənən 8 gəmiçidən xəbər var


10:11     19 Oktyabr 2018 1357678478_iran-gemisi.jpg

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində zəhərlənən 8 gəmiçi gətirilib.
Bu barədə Femida.az -a Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, gəmçilərin vəziyyəti hazırda orta ağırdır.

"Onların zəhərləndiyi bildirilir. Bu, laborator analizlərin nəticələrindən sonra bəlli olacaq".

Qeyd edək ki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində kütləvi zəhərlənmə olub. Nəticədə 3 İran vətəndaşı dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 365