"İşsizliyin azalması əhalinin artımını sürətləndirir" - Nazir


10:45     19 Oktyabr 2018 2018/05/sahil_1526110039.jpg

Valideynlər yaşlı vaxtlarında öz heyatlarını təmin etmək üçün oğlan uşaqlarına üstünlük verir. Lakin biz maarifləndirmə apararaq, bu stereotipi qırmalıyıq.


Femida.az xəbər verir ki, bu sözləri BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı zamanı nazir Sahil Babayev deyib. O, ölkəmizdə demoqrafik sabitliyin hökm sürdüyünü bildirib və qeyd edib ki, bununla belə, doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur:

"Son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə nəzərəçarpan dərəcədədir. Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb. Statistikaya görə, Azərbaycan əhalisi ildə 1 faiz artır".

S.Babayev qeyd edib ki, bu il artımın sürəti nisbətən azalıb:

"Bununla belə əhalimizin 25 faizini gənclər, yəni 19-24 yaş arası insanlar təşkil edir. Bu da yüksək göstəricidir. Hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur. Şərqi Avropa və MDB-də ilk olaraq məhz Azərbaycan 1999-cu ildə demoqrafiya sahəsində dövlət proqramı qəbul etdi. Yoxsulluğun 49 faizdən 5 faizə enməsi, işsizliyin azalması da əhalinin artımını sürətləndirir.

Demoqrafiyanın əsas mahiyyəti əhalinin cins tərkibidir. Son illərdə doğulan uşaqların statistikası göstərdi ki, cins balansı pozulub. 100 qadina 118 kişi düşməyə başlamışdı. Hansı ki, bu da mental dəyərlərdən irəli gəlirdi. Lakin görülen tədbirlərdən sonra bu say 118 dən 114-ə salındı. Bu gün isə ümumi götürsək, Azərbaycanda 1000 kişiyə 1004 qadın düşür ki, bu da demoqrafik tarazlığın qorunduğunu göstərir".

S.Babayev diqqətə çatdırıb ki, qadınların orta ömrü 78, kişilərdə isə 73 yaşa yüksəldiyini deyib və bildirib ki, cins nisbətinin qorunmasında təbliğat vacibdir.







Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 1534