İcazəsiz balıq ovlayan şəxs saxlanıldı


10:54     19 Oktyabr 2018 2018/04/baliqci_0258_1523942027.jpg

Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, fakt Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırma zamanı brakonyerin Lənkəran rayon sakini Vidadi İbadov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 390