Şirkət maşını 7 yaşlı uşağın ayağının üstündən keçdi - Abşeronda ağır qəza

Şirkət maşını 7 yaşlı uşağın ayağının üstündən keçdi - Abşeronda ağır qəza


11:20     19 Oktyabr 2018 piyada_usaq1.jpg

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.


Hadisə Xırdalan qəsəbəsində baş verib.

Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu "Carlsberg-Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.

Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb.

Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.(Trend)

Femida.az

Açar sözlər:

Oxunub: 620