Qalib Rəhimov tutduğu vəzifədən azad edildi - Ramil Usubovdan ƏMR

Qalib Rəhimov tutduğu vəzifədən azad edildi - Ramil Usubovdan ƏMR


11:43     19 Oktyabr 2018 ramil%20u2.jpg

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.


Femida.az report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ Mətbuat xidmətinin əməkdaşı olub.

Açar sözlər:

Oxunub: 2135