Meyit Sabirabadda, silah isə Hacıqabulda tapıldı - YENİ FAKT
12:19 19 Oktyabr 2018
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilmişdi.
DİN-dən Femida.az-a verilən xəbərə görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş “TOZ-12” markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 553
Oxşar xəbərlər
- Meyiti tapılan şəxs kimdir?
- Meyiti kanaldan tapılan yeniyetmələrlə bağlı rəsmi məlumat
- Meyitdən bu orqanlar icazəsiz götürüləcək
- Meyiti əmisi oğlunun evində aşkarlandı
- Meyiti neytral ərazidən tapılan Azərbaycan hərbçisi dəfn olunub
- Meyitlərin tibbi ekspertizasıda rüşvət qalmaqalı - Ciddi ittihamlara baş direktordan CAVAB
- Meyit əti və insan qanından kolbasa qida üçün yararlıdır –Alimlərdən təklif
- Meyiti 25 metrlik quyudan tapılan Elvinin qətlinin pərdəarxası: ŞOK DETALLAR +VİDEO
- Meyiti samanlıqda gizlədilən qadının qətli ilə bağlı yeni fakt: Evdən məktub tapılıb (VİDEO)
- Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlandı - RƏSMİ