29 yaşlı gənc Yasamalda VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ - Polisdən iki həftə sonra açıqlama


12:28     19 Oktyabr 2018 polisazv.jpg

İki həftə əvvəl cinayət törətmiş şəxs tutulub.

Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Femida.az-a verilən məlumata görə, Şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və araşdırmalarla həmin şəxsin Xaçmaz rayon sakini Sərxan Qarbaşov olduğu məlum olub.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs də müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Qarbaşov Sərxan Akif oğlu qapalı kəllə-beyin travması və sağ gicgah nayihəsinin hematoması diaqnozu ilə klinikaya yerləşdirilmişdi. İlkin məlumatlarda onun Yasamal rayonu, Əsəd Əhmədov küçəsində Cavid adlı şəxslə mübahisə etdiyi və həmin şəxs tərəfindən döyüldüyü bildirilirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 2361