Gənclər təşkilatlarına maksimum bu qədər qrantr veriləcək
13:42 19 Oktyabr 2018
Azərbaycanda gənclər təşkilatlarına ən az 5 min, ən çox isə 15 min qrant verilə bilər.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nda əksini tapıb.
Qaydaların 3-cü (Qrant maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər) maddəsinə əsasən, müsabiqədə yalnız müəyyən edilmiş tələblərə cavab verən gənclər və gənclər təşkilatları iştirak etmək hüququna malikdirlər. Gənclər təşkilatlarının hər qrant müsabiqəsi çərçivəsində müsabiqəyə “A” və ya “B” kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Gənclər Fondu tərəfindən maliyyələşdirilməsinə yol verilir. Hər bir gənc hər qrant müsabiqəsi çərçivəsində “C” kateqoriyası üzrə 1 layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə təqdim olunmuş “A” və “B” kateqoriyaları üzrə layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Müsabiqəyə təqdim olunmuş “C” kateqoriyası üzrə layihələrin icra müddəti 2 aydan az, 12 aydan çox olmamalıdır. “A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10 min manatdan, “B” kateqoriyası üzrə 15 min manatdan, “C” kateqoriyası üzrə isə 5 min manatdan çox olmamalıdır.
Maddədə qeyd olunub ki, Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz. (Report)
Femida.az
Oxunub: 337
Oxşar xəbərlər
- Gənclərə biznes və karyera ilə bağlı təlim keçirilib
- Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib - SİYAHI
- Gənclər və idman naziri yeni idarə rəisi təyin edib
- Gənclər və İdman Nazirliyində yeni təyinat olub
- Gənclər və İdman Nazirliyində üç yeni təyinat olub
- Gənclər və idman nazirinin müavinləri işdən çıxarılıb, yeniləri təyin olunub
- Gənclər və könüllülər Ağdam Cümə məscidində olublar
- Gənclər arasında narkotik satan 6 nəfər saxlanıldı
- Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
- Gənclər “Könüllü gömrükçü” dəstəsinə cəlb edilir