Masallıda mağaza yanıb


14:49     19 Oktyabr 2018 yangin_38673636.jpg

Masallı rayonunun Bədəlan kəndində ümumi sahəsi 80 m2 olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) anbarının tavanı 30 m2 sahədə, içərisində olan 5 ədəd soyuducu, ərzaq malları və məişət əşyaları yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 386