İnam Kərimov vətəndaşları qəbul etdi - Masallıda

İnam Kərimov vətəndaşları qəbul etdi - Masallıda


16:09     19 Oktyabr 2018 18_10_19_1539951180.jpg


Qəbulda 65 nəfərin müraciətinə baxılıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 19-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Femida.az xəbər verir ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 65 nəfərin müraciətinə baxıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Femida.az

Açar sözlər: #Nazir   #Kənd_Təsərrüfatı   #Masallı   #İnam_Kərimov  

Oxunub: 148