Bakı-Sumqayıt qatarı 4 gün işləməyəcək
16:58 19 Oktyabr 2018
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Femida.az-a verilən məlumata görə, Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar 19.10.2018-ci il saat 00-00-dan etibarən 31.10.2018-ci il (daxil olmaqla) saat 00-00-dək “Texniki fasilə” verilir. Bununla əlaqədar olaraq 22.10.2018-ci il tarixdən etibarən 31.10.2018-ci il (daxil olmaqla) tarixinədək həftənin I-V günləri Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.
20, 21, 27, 28/10-2018-ci il tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə ətraflı məlumatı daim yenilənən www.ady.az saytından əldə edə bilərsiniz.
Femida.az
Oxunub: 378
Oxşar xəbərlər
- Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir
- Bakı-Sumqayıt qatarının bayram günündə hərəkət qrafiki açıqlanıb
- Bakı-Sumqayıt qatarının bayram günləri üçün hərəkət qrafiki açıqlanıb
- Bakı-Sumqayıt yolunda hərəkət dayandı - SƏBƏB
- Bakı-Sumqayıt qatarının sürəti azaldılıb
- Bakı-Sumqayıt qatarı 4 gün işləməyəcək
- Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir
- Bakı-Sumqayıt qatarının fəaliyyəti bu tarixdən bərpa edilir
- Bakı-Sumqayıt elektrik qatarı bir həftə işləməyəcək
- Bakı-Sumqayıt yolunda təmir işləri bu tarixdə bitəcək