Qarabağın oyununa 12 min bilet satılıb

"Qarabağ"ın oyununa 12 min bilet satılıb


18:54     19 Oktyabr 2018 18_10_19_1539956476.jpg


Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyununa bilet satışı davam edir.

Femida.az-ın Ağdam klubunun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq qarşılaşmaya 12 min bilet satılıb.

Biletləri Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” matçı saat 20:55-də başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 200