Konsulluqda şaqqalanmış jurnalistə görə hədiyyə: 75 milyard dollar

Konsulluqda şaqqalanmış jurnalistə görə "hədiyyə": 75 milyard dollar


19:22     19 Oktyabr 2018 18_10_19_1539956999.jpg

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda xüsusi amansızlıqla qətlə yetirilmiş səudi jurnalist Camal Haşoqqinin cəsədinin qalıqları şəhər kənarındakı meşəlikdə axtarılır. Hazırda Yalovada və Belqrad meşəsində polis axtarışlar aparır.



Bu arada bəlli olub ki, Səudiyyə Ərəbistanının hakimiyyət dairələri Türkiyəyə C.Haşoqqinin qətli ilə bağlı olaylarda "daha yumşaq mövqe" tutmaq üçün 25 milyard dollar təklif ediblər. Həmin məbləğ "təmənnasız, qardaş hədiyyəsi" kimi təqdim olunur.

ABŞ ilə 110 milyard dollarlıq hərbi texnika və silah anlaşması imzalamış Səudiyyə Əərbistanı amerikalılara əlavə olaraq 50 milyard dollarlıq silah sifariş verməyə hazırlaşır. Rəsmi Ər-Riyad bu minvalla Haşoqqinin qətlinə Vaşinqtonun reaksiyasını yumşaltmağa çalışır.

Açar sözlər:

Oxunub: 261