Qaçırılan qız ailəsinə qayıtmaqdan imtina edib
19:55 19 Oktyabr 2018
Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində qaçırılan 17 yaşlı azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina edib.
Femida.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, yeniyetmə qız psixoloq, vəkil və ombudsman aparatının nümayəndəsinin iştirakı ilə sorğu-sual olunub. Qız onu qaçırdan şəxsin həmkəndlisi olduğunu qeyd edərək onunla öz istəyi ilə getdiyini bildirib.
Yeniyetmənin sözlərinə görə, valideynləri onun həmin şəxslə ailə həyatı qurmağına qarşı olub. Qız qaçırılmağına razı olduğuna görə valideynlərindən psixoloji və fiziki təzyiqə məruz qala biləcəyini deyib. Buna görə də o, polis tərəfindən xüsusi sığınacağa yerləşdirilib.
Qeyd edək ki, 17 yaşlı H.M. adlı qız oktyabrın 12-də Ləmbəli kəndində yaşadığı evdən qaçırılıb. Polis yeniyetməni oktyabrın 18-də Marneuli rayonunun Candar kəndində aşkar edib.
Oxunub: 778
Oxşar xəbərlər
- Nərmin qaçırılan gün onunla birlikdə olan sinif yoldaşı məhkəmədə ifadə verib
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- Göyçayda qaçırılan qız tapılıb
- Bakıda qaçırılan yeniyetmə qız tapılıb
- Bərdədə qaçırılan qız psixoloji xidmətlərə yönləndirilib
- Komitə Bərdədə qaçırılan 17 yaşlı qızla bağlı məsələni araşdırıb
- Bakıda qaçırılan avtomobil Cəlilabadda satılıb
- Gəncədə qaçırılan avtomobil Mingəçevirdə tapılıb - FOTO
- Altı gün əvvəl qaçırılan maşın tapıldı
- Qaçırılan maşın sahibinə təhvil verilib