Peterburqda zavodda partlayış oldu


20:22     19 Oktyabr 2018 18_10_19_1539961053.jpg

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında Qatçinada pirotexnika zavodunda partlayış baş verib.

Femida.az -ın “RİA Novosti”yə istinadən məlumatına görə, partlayış “Avanqard” zavodunda meydana gəlib. Binada 5 nəfər olub. 2 nəfər dağıntıların altından çıxarılıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayışın texniki səbəblərdən baş verdiyini, zavod binasının isə qismən dağıldığını açıqlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər briqadası işləyir.

Açar sözlər:

Oxunub: 305