Bakının bəzi yerlərində qazın verilişi dayandırıldı


20:44     19 Oktyabr 2018 18_10_19_1539961190.jpg

Bakıda qaz xəttində qəza hadisəsi baş verib.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb.

Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsinə qaz verilişi dayandırılıb.

Hazırda sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülür. Təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək.

Açar sözlər:

Oxunub: 427