Mərkəzi Bank depozit hərracı keçirəcək


09:30     20 Oktyabr 2018 merkezi%20bank%20femida.png

Oktyabrın 22-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.


Femida.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-9,99 faiz təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 327