“Aİ-92” markalı benzinlə bağlı ENDİRİM QƏRARI

“Aİ-92” markalı benzinlə bağlı ENDİRİM QƏRARI


09:44     20 Oktyabr 2018 benzin8.jpg

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar verib.

Femida.az-ın xəbərinə görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Aİ-92” oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib.

Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.

Nazirlər Kabinetinin daha bir qərarı ilə “Aİ-92” markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azaldılıb.

Hər iki qərar oktyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.

Femida.az

Açar sözlər: #benzin   #Aİ-#92   #iqtisadiyyat   #qərar   #gömrük  

Oxunub: 16919