İpoteka kreditlərini daha çox KİMLƏR götürür?
09:57 20 Oktyabr 2018
2018-ci ilin üçüncü rübünün sonuna olan vəziyyətə əsasən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyard manat, o cümlədən güzəştli kreditlərin həcmi 315 milyon manat təşkil edib.
Bu barədə Fondun yayımladığı hesabatda deyilir.
Ötən ilin 9 ayı ilə müqayisədə təkrar maliyyələşdirmənin həcmi 43,5 faiz, güzəştli kreditlərin təkrar maliyyələşdirilməsi həcmi 40 faiz artıb.
Üç rüb ərzində ümumilikdə 23 759 ipoteka krediti verilib ki, onlardan 7 036-ı güzəştlidir.
Hesabat dövründə Bakıda 18 109, Sumqayıtda 2 371, Abşeron rayonu və Xırdalanda 1 664 ipoteka krediti verilib.
İpoteka kreditləşməsi üzrə Azərbaycan şəhərlərinin reytinqi (yanvar-sentyabr 2018):
Bakıda ən çox ipoteka krediti Xətai rayonunda (24,3 faiz) verilib. Yasamal rayonunda ipoteka kreditlərinin payı 16,8 faiz, Binəqədi rayonunda 13,6 faiz təşkil edib.
İpoteka kreditlərinin 21 faizdən çoxunu hərbi qulluqçular götürüb. Daha sonra maliyyə sektorunun nümayəndələri - bankir və sığortaçılar (20,8 faiz), energetika sahəsi (12,6 faiz), hüquq-mühafizə orqanlarının (8,7 faiz) əməkdaşları gəlir.
İl ərzində ipoteka kreditlərinin ailə vəziyyəti üzr strukturunda dəyişiklik qeydə alınıb. Əgər 2017-ci ilin üç rübü ərzində ipoteka götürənlərin 68,7 faizi evli idisə, bu il onların payı 48,4 faiz təşkil edib. Subay ipoteka götürənlərin payı isə 31,3 faizdən 51,6 faizədək artıb. / Trend
Femida.az
Oxunub: 508
Oxşar xəbərlər
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İpoteka krediti olanların NƏZƏRİNƏ - Borclar belə restrukturizasiya olunacaq
- İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
- İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb
- İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək
- İpoteka və Kredit Zəmanət Fondu 17 milyon manat mənfəət əldə edib - 9 ayda
- İpoteka kreditləri üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə də qəbul olunacaq
- İpoteka Fondunun mənfəəti 29% artıb