14 yaşında 1-ci sinfə getdilər - SƏBƏB


10:11     20 Oktyabr 2018 mektebliler_0153.jpg

2018-2019-cu tədris ili üçün 8 yaşdan yuxarı 108 nəfər I sinif üzrə fərdi təhsilə cəlb olunub.

Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, onlardan 68 nəfəri 2009, 24 nəfəri 2008, 7 nəfəri 2007, 4 nəfəri 2006, 3 nəfəri 2005, 2 nəfəri isə 2004-cü il təvəllüdlüdür.

"Əsasən ailə problemləri, xəstəliklər və digər üzrlü səbəblərdən həmin uşaqların I sinfə qəbulunun gecikdiyi məlum olur".

Femida.az

Açar sözlər:

Oxunub: 793